Milli Məclisdə autizm xəstəliyinə tutulan uşaqların problemləri ilə bağlı dinləmə keçirilib
Milli Məclisin Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında autizm xəstəliyinə tutulan uşaqların problemləri ilə bağlı dinləmə keçirilib. SİA-nın xəbərinə görə, iclasda komitə üzvləri ilə yanaş Azərbaycan və Türkiyədən bu sahənin mütəxəssisləri iştirak edib.İclasda çıxış edən komitə sədri Hadi Rəcəbli deyib ki, təşkil edilən dinləmələr cəmiyyətin sosial sifarişinin hüquqi əsaslarını formalaşdırmaq baxımından önəmlidir. Vurğulayıb ki, Azərbaycanda autizm xəstəliyinə tutulan uşaqların sosial müdafiəsi gündəmdədir.H. Rəcəblinin sözlərinə görə, bu gün autizm xəstələrinin sayı ilə bağlı rəqəmlərdə uyğunsuzluq var: "Çünki, biz autizm xəstələrini əvvəllər lal-kar, şizofireniya qurupuna yazmışıq. Beləliklə də bu statistikanın özü Azərbaycanda və dünyada mübahisəlidir. Statistikaya görə dünyada autizm xəstələrinin sayı 60-70 mindir. Azərbaycanda isə 3500 uşaq bu xəstəliyin daşıyıcısıdr. Bu baxımdan göstərilən rəqəmlər düşündürücüdür. Hesab edirəm ki, bu statistikaya yenidən baxılmalıdır. Bəzən deyirlər ki, oğlanlar bu xəstəliyə daha çox tutulur. Belə ki, bu xəstəliyə tutualn hər 5 uşaqdan 4 oğlandır".H. Rəcəbli deyib ki, bu xəsəliklə bağlı Azərbaycanı Türkiyə təcrübəsi daha çox maraqlandırır.Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay isə çıxışında autizm xəstəliyi ilə bağlı Türkiyə təcrübəsini iclas iştirakçılarının diqqətinə çatdırırb: "Bizim bələdiyyə sosial məsuliyyət layihəsi çərçivəsində ailələrin problemlərini yüngülləşdirəcək addımlar atırıq. Adətətn analar uşağa qoyulan diaqnozdan sonra sosial həyatdan kənarda qalırlar və onlarda müəyyən psixoloji problemlər əmələ gəlir. Xalqdan gələn tələb üzərinə biz bu xəstəliyə tutualn uşaqların bir ömür boyu yaşaması üçün reabilitasiya mərkəzi inşa edirik. Layihənin dəyəri 6 milyon dollardır. Reabilitasiya mərkəzinin sahəsi 21 min kv.mdir ki, onun 8500 kv.m qapalıdır. Mərkəz uşaqlar üçün reabilitasiya mərkəzi, onların tək və toplu şəkildə idman edə biləcəkləri sahələr, hovuzlar, ailələrinin maarifləndiriləcəkləri konfrans zalları və digər qurğulardan ibarət olan kompleksdir. Hesab edirik ki, bu layihə dünyaya örnəkdir".Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, Azərbaycanın baş psixiatrı, professor Gəray Gəraybəyli deyib ki, autizim xəstəliyi sırf tibbi məsələ deyil: "Həkimlərin, psixiatrların səyi bu xəstəliyin diaqnozuna yönəlib. Bu xəstəlik daha çox oğlan uşaqlarında müşahidə olunur. Bu xəstələrin ailələrinə sosial yardım göstərilməlidir".Çıxış edən millət vəkilləri hesab edib ki, Azərbaycanda bu xəstəliyə dair hüquqi baza yaradılmalıdır.İclasda ekspertlərin bu sahə ilə bağlı təklifləri dinlənilib.
sia.az