PDF Oxu

Sosial

  • 12

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi

Dünən Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması" mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, təhsil nazirinin müavini Firudin Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, ilahiyyatçı alimlər, təhsil ekspertləri və QHT rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyinin "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib. M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən danışaraq, Onun siyasətinin Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

M.Qurbanlı gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən məmnunluğunu bildirib. Milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini xatırladan komitə sədri bunun həm dövlətçlik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətindən danışıb.

Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli Liderin gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini nəzərə çatdırıb. F.Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu xatırladıb. O, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin uşaq və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

Tədbirdə ilahiyyatçı alim-akademik Vasim Məmmədəliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva və başqaları çıxış edərək gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlərin ayrı-ayrı məqamlarına nəzər salıblar.

NƏZAKƏT

Digər xəbərlər