PDF Oxu

Sosial

  • 21

Beynəlxalq Mədəniyyət Günü Suraxanı rayonunda qeyd edilib

Beynəlxalq Mədəniyyət Günü Suraxanı rayonunda qeyd edilib

I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün od "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan götürüləcək

Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirə rayonda fəaliyyət göstərən mədəniyyət saraylarında və evlərində, musiqi məktəblərində çalışan mədəniyyət işçiləri, kitabxana əməkdaşları qatılıb.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Arzu Nağıyev bildirib ki, Beynəlxalq Mədəniyyət Günü 15 aprel 1935-ci ildə Vaşinqtonda "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi, qorunması haqqında" imzalanmış müqavilə ilə əlaqədar dünyanın bir çox ölkələrində qeyd edilir:"Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin YUNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin, tarixi abidələrin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir".

Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı qədim tariximizi yaşadan tarixi abidələrdən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd edib ki, vətənini sevən hər bir azərbaycanlı mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük hörmət və məhəbbət duyğuları ilə yanaşmalıdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuş, tariximizin, mədəniyyətimizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük işlər görmüşdür.

S.Hüseynova vurğulayıb ki, ölkəmizdə bu gün bir-birinin ardınca beynəlxalq mədəni tədbirlər keçirilir. Azərbaycanın milli-mədəni sərvətləri YUNESCO səviyyəsində qorunur, təbliğ olunur. Mədəniyyətimizin bütün sahələri Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qayğısından bəhrələnir: "Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir, tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirləri olduqca əhəmiyyətlidir".

O, Suraxanı rayonunun da bu layihələrdən kənarda qalmadığını bildirərək qeyd edib ki, Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında olan XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilmiş "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda və onun ətrafında əsaslı yenidənqurma və bərpa işləri aparılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilər abadlaşdırılmış, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib.

S.Hüseynova aprelin 26-da I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün odun rayonda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan götürüləcəyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin hamiləridirlər.

Tədbirin sonunda rayonun musiqi məktəblərində təhsil alan şagirdlərin ifasında musiqi nömrələri səsləndirilib.

ZÜMRÜD

Digər xəbərlər