AÇIQLAMA
"Belə bir mötəbər idman yarışının ölkəmizdə keçirilməsi dövlətimizə olan etibarı, Azərbaycanın hazırki gücünü və təhlükəsiz bir ölkə olmasını göstərir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.Onun sözlərinə görə, bu cür beynəlxalq əhəmiyyətə malik olan idman yarışlarının keçirilməsi o ölkələrə həvalə olunur ki, həmin ölkədə təhlükəsizlik yüksək səviyyədə qorunur, iqtisadiyyatı güclüdür, idman ölkəsi kimi tanınır və ən əsas da ölkəyə rəhbərlik edən şəxs beynəlxalq nüfuza malik olur: "Bütün bu sadalanan müsbət keyfiyyətlərin Azərbaycana məxsus olması bir inamın göstəricisidir. Əlbətdə bu hal hər bir azərbaycanlı üçün qürurvericidir. Təsəvvür edin bütün dünyanın diqqəti sənin yaşadığın ölkədə olacaq, hər kəs sənin ölkənin gözəlliyindən, inkişafından, qüdrətindən danışacaq. Bütün bunlarla yanaşı, Azərbaycanın beynəlxalq arenada olan nüfuzu, ölkəmizə olan inam daha da artacaq və bu da gələcəkdə Azərbaycanın haqq səsinin eşidilməsinə beynəlxalq təşkilatlarda söz sahibi olmasına gətirib çıxaracaq ki, dövlətimiz də bu vəziyyətdən istifadə edib, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olmasına çalışacaq".
sia.az