Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsində "Ədalət və İnkişaf Naminə" Uşaq və Gənclərə Dəstək İctimai Birliyi qalib olub
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsi bu adda layihə ilə qalib olan "Ədalət və İnkişaf Naminə" Uşaq və Gənclərə Dəstək İctimai Birliyi layihənin icrasının başa çatdırılması ilə bağlı tədbir keçirib. Təşkilatın sədri və layihənin rəhbəri Könül Əfəndiyeva çıxış edərək bildirib ki, hər bir ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından asılıdır: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətimizin gənclərə diqqət və qayğısı davamlı addımların atılması ilə diqqət çəkir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması da bu diqqətin bariz nümunələrindəndir. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşıdrılmasına xidmət edir. Gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək Gənclər Fondunun əsas vəzifələrindəndir".
K.Əfəndiyeva onu da vurğulayıb ki, 11 avqust 2009-cu il tarixdə yaradılmış və 30 aprel 2010-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış "Ədalət və İnkişaf Naminə" Uşaq və Gənclərə Dəstək İctimai Birliyi fəaliyyət göstərdiyi bu müddət ərzində bir sıra sosial layihələri uğurla həyata keçirib. Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində "Erkən nikahlara yox deyək" adlı layihə ilə iştirak etmiş və qalib olmuşdur: "Layihənin müddəti 1 fevral 2015- ci il tarixdən 31 may 2015-ci il tarixədək olan dövrü əhatə etdi. Layihə Füzuli rayonunda keçirildi. Layihə çərçivəsində qeyd olunan problemi özundə əks etdirən buklet və flayer hazırlandı. Layihə iştirakçılarına paylanmaq üçün bloknot, qələm, qovluq və maykalar hazırlandı. 120 nəfərin iştirak etdiyi layihə 5 gün müddətində Horadiz şəhərində, Füzuli rayon 3 saylı və 4 saylı Qayıdış qəsəbələrində xüsusən erkən nikah nədir, erkən nikahın səbəb olduğu xəstəliklər haqqında məlumatları özündə əks etdrən xüsusi vəsaitlər hazırlandı, yeniyetmə və gənclərə təlimlər vasitəsilə çatdırıldı, onlaraın bu sahədə məlumatlandırılması həyata keçirildi. Layihə çərçivəsində hazırlanmış 1000 ədəd buklet və 1000 ədəd flayer rayon gənclərinə təqdim edildi.
K.Əfəndiyeva maarifləndirici layihənin üstünlüklərindən geniş bəhs edərək bildirdi ki, hər bir məsələnin həllində maarifləndirmə işinin rolu böyükdür. Biz də bu kimi layihələri həyata keçirməklə mövcud problemlərin həllinə öz töhfəmizi verməyə çalışırıq.
R.KAMALQIZI