PDF Oxu

Sosial

  • 10

Avropa Oyunları - böyük inamın və etimadın göstəricisi

Avropa Oyunları - böyük inamın və etimadın göstəricisi

Avropa Oyunlarına sayılı günlər qalıb, biz bu tarixi hadisənin iştirakçılarıyıq. Hər bir Azərbaycan gənci kimi mən də birinci Avropa Oyunlarını böyük səbrsizliklə gözləyirəm. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi elə ölkəmizə göstərilən böyük etimadın və inamın göstəricisidir. Sevindirici hal isə oyunların təkcə paytaxtda deyil, ölkəmizin hər yerində coşqu ilə, bayram əhval-ruhiyyəsi ilə qarşılanmasıdır. Biz gənclərə bu sevinci bəxş edən Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Bu tarixi hadisənin Azərbaycanda keçirilməsini istəməyən, ölkəmizin inkişafını gözü götürməyən daxili və xarici qüvvələr də var. Ölkəmizin əldə edilən uğurlarını, inkişafını həzm edə bilməyən qüvvələrin çirkin kampaniyaya başlanmaları onların nəyə qadir olmalarını göstərir. Güclü inkişaf edən, regionda liderə çevrilmiş bir dövlətə qarşı çirkin kampaniyanın aparılması yolverilməzdir. Bu kampaniya onu aparanlara başucalığı gətirməz. Onlar bu cür addımlarla nə isə əldə edə bilməyəcəklər. Müasir beynəlxalq münasibətlər sistemində, əslində bu, utanc gətirən bir prosesdir. Halbuki indiki dövrdə bütün proseslər açıq və şəffaf olmalıdır. Belə məkrli planların həyata keçirilməsi onların özünün imicinə mənfi təsif göstərir və onlara olan inamı azaldır.

Həmin qüvvələr I Avropa Oyunları ilə bağlı anti-Azərbaycan təbliğatına baş qoşmaqdansa, Azərbaycanın problemləri ilə maraqlansınlar. Azərbaycanın işğal olunmuş əraziləri, qaçqın və məcburi köçkünlərimizin vəziyyəti ilə əlaqədar öz münasibətlərini bildirsinlər. Təəssüf ki, Azərbaycanın bu problemləri qalıb bir kənarda, Azərbaycana I Avropa Oyunları kimi məsuliyyətli bir yarışı keçirdiyinə görə "çox sağ ol" demək əvəzinə, belə çirkin anti-Azərbaycan kampaniyası ilə məşğuldurlar. Zaman gedir, Azərbaycan inkişaf edir və bundan sonra da inkişaf edəcək.

Ölkəmiz "Avroviziya" mahnı yarışmasında olduğu kimi, I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək. Çünki bu oyunların keçirilməsində Azərbaycana dəstək verən insanlar həddindən artıq çoxdur. Bu oyunların keçirilməsində bizə dəstək olan birinci növbədə xalqımız və dövlətimizin iradəsidir. Azərbaycan xalqı ilə Prezidenti bir-birinə çox möhkəm dayaqdırlar. Ona görə də heç bir xarici qüvvə, I Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməyəcək, bu möhtəşəm tədbir bir daha bütün dünyaya Azərbaycanın nəyə qadir olduğunu nümayiş etdirəcək.

Elmar Məmmədov,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatı işlər üzrə koordinatoru, YAP Gənclər Birliyinin şura üzvü

Digər xəbərlər