PDF Oxu

Sosial

  • 11

Niderlanddakı Azərbaycan diaspor təşkilatı bəyanat qəbul edib

Niderlanddakı Azərbaycan diaspor təşkilatı bəyanat qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, Avropanın bəzi dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlər "Bakı 2015" birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib: "Ölkəmizin dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər".

Bəyanat müəllifləri hesab edirlər ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarına xidmət edir və Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Təşkilat üzvləri belə qurumları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın ozünü insan haqlarına hörmətsizlik kimi qiymətləndirir. Onlar hesab edirlər ki, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vururlar.

"Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, Türk diasporu dəstəkləyir" - təşkilatın qəbul etdiyi bəyanatda belə deyilir.

Bəyanatın sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin "Bakı- 2015" birinci Avropa Oyunlarına dəstəyi və yarışın sonadək yüksək səviyyədə keçiriləcəyinə əminliyi ifadə olunur.

ZÜMRÜD

Digər xəbərlər