Deyirlər ki, İsa xalis əntərdi,
"Milli Şura", Cəmil gəldi-gedərdi,
"Yurd"çu Əli hamısından betərdi,
Ona qalsa, boğazını biçərdi,
"Oxqay" deyib al qanını içərdi.
Cəmil üçün qrant dadlı dolmadı,
"Milli Şura" orda da bənd almadı,
Fəqir Rüstəm sıranızda qalmadı,
Əylis eli üz döndərdi Əkrəmdən,
Can verməkdə daşnakpərəst vərəmdən.
Bədbəxt Cəmil, saralarsan-solarsan,
Təkqovluqlu yöndəmsiz sədr olarsan,
Tütəyini öz gorunda çalarsan,
Cəhənnəmdə Rizvan çatsın dadına,
Benzin atsın İblis yanar oduna.
Sənə baxdı bossun əti üşəndi,
Qabağına sandın qrant döşəndi,
Qocalıqda xərifləmək peşəndi,
Öz "şura"nda verilibdi talağın,
O səbəbdən sancmaqdadı dalağın.
Boss bozardı, kaftar çöhrən sozaldı,
Vurdun dərhal doxsan altı, yüz altı,
Karvanında keçərilik azaldı,
Xəbərdarıq, üşütmə var canında,
Damarında donmaqdadı qanın da.
Əldən düşdün, azalmaqda talantlar,
Gözün kordu, boğazında qlantlar,
Boss da tökməz başından bol qrantlar,
Kaftar şəlpə, keçib gedib hay-hayın,
Yad ellərdə azalacaq daydayın.
"Şura"nda çox eləmisən darğalıq,
Qocalıbsan, yorub səni yorğalıq,
Qırıldasan, bacararsan qarğalıq,
O vaxt görməz rəqib səndə bir kəsir,
Öz "şura"nda sədr olarsan üç əsr.
18.06.2015
Mirzə Qərənfil