Amerika Birləşmiş Ştatlarından, Meksikadan, İtaliyadan, Türkiyədən, Çindən və Pakistandan gəlmiş turistlər tamaşadan sonra təəssüratlarını bölüşərək, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər. Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusi qeyd ediblər.
İtaliyalı jurnalist qonaq turistlər teatrın diretkoru əməkdar artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqında təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar: "Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq".
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-dək davam edəcək.
ZÜMRÜD