PDF Oxu

Sosial

  • 10

Tərtər taxılçıları buğda sahələrinin hər hektarından orta hesabla 37,2 sentner taxıl götürüblər

Tərtər taxılçıları buğda sahələrinin hər hektarından orta hesabla 37,2 sentner taxıl götürüblər

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini başa çatıb.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, məhsulu vaxtında və itkisiz toplayan tərtərli fermerlər və torpaq mülkiyyətçiləri sahələrdən 38 min 836,4 ton taxıl əldə ediblər. Məhsulun 20 min 806,1 tonu buğda, 18 min 30,3 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 37,2 sentner, arpa sahələrində 34,5 sentner təşkil edib. 2014-cü illə müqayisədə buğdanın məhsuldarlığı 2,7 sentner, arpanın məhsuldarlığı isə 1,1 sentner artıb.Qeyd edək ki, cari ilin məhsulu üçün Tərtər rayonunda 5609,7 hektar buğda, 5233 hektarı isə arpa olmaqla, 10 min 842,7 hektarda taxıl əkilib.

AZƏRTAC

Digər xəbərlər