PDF Oxu

Sosial

  • 15

Lerikdə taxıl yığımına başlanılıb

Lerikdə taxıl yığımına başlanılıb

Ucqar dağ rayonu olan Lerik üçün taxılçılıq ənənəvi sahə olmasa da, dövlətin bu sahəyə verdiyi dəstək nəticəsində rayon ərazisində taxıl əkini ildən-ilə artır. SİA-nın Cənub bürosunun məlumatına görə, əgər ötən il 1045 hektar sahədə taxıl əkilmişdisə, bu il taxıl sahələri 1196 hektara çatdırlıb. Bunun da 1173 hektarını buğda sahələri təşkil edir. Fermerlər taxılçılığa marağı artmasının bir səbəbini də dövlətin əkin və şumlama üçün verdiyi subsidiyaların artırılmasında görürlər. Cəngəmiran kənd sakini Güləddin Şahverənovun sözlərinə görə, hava şəraitinin əlverişli keçməsi məhsuldarlığa da təsirsiz ötüşməyib. Bundan başqa aparılan düzgün aqrotexniki qulluğun nəticəsi olaraq bəzi sahələrdən ötən ilə nisbətən iki dəfədən çox məhsul tədarük ediləcəyi gözlənilir. Keçən il 17 sentenerə yaxın məhsul götürülmüşdüsə, bu il 25, 30 sentenerə qədər məhsul yığılaçaq. Hazırda hava şəraitinin əlverişli keçməsini nəzərə alan rəsmilər məhsulun vaxtında və itgisiz yığımasına çalışırlar. Bunun üçün rayonun ayrı-ayrı yerlərinə kombaynlar və canlı qüvvə cəlb olunub. Hava şəriti imkan verərərsə, yığımın 10 günə yekunlaşdırılması nəzərədə tutulub. Həmçinin rayonda uzun illərin texnika problemi də artıq öz həllini tapıb. Lerik Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev bildirib ki, taxıl biçiminə 10 kombayn cəlb olunub. Demək olar ki, 600 hektardan yuxarı sahə biçilib. Bu il hər hektardan orta hesabla 20 sentner taxıl gözləyirik.Qeyd edək ki, ötən il Lerikin taxıl sahələrindən 1960 ton məhsul əldə edilib. Bu il isə bu rəqəmin 2300 tondan artıq olacağı gözlənilir.

sia.az

Digər xəbərlər