PDF Oxu

Sosial

  • 12

Qusarda investisiya layihələrinin qəbulu başlayır

Qusarda investisiya layihələrinin qəbulu başlayır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsi), intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması nəzərdə tutulur.Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

AZƏRTAC

Digər xəbərlər