PDF Oxu

Sosial

  • 12

"İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı"

"İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı"
Bu mövzuda mühazirə təqdim olunub

"YARAT!" Müasir İncəsənət Mərkəzinin çoxtəyinatlı zalında "YARAT!" Müasir İncəsənət Məkanı "YARAT!" Mərkəzinin kurator-direktoru və "Sotheby's"nin əməkdaşı Suad Qarayevanın "İnkişafda olan incəsənət bazarları, yaxud incəsənət bazarını necə qurmalı" mövzusunda mühazirəsini təqdim edib.

İncəsənət əsrlər boyu kübarlığın, zövqün ifadəsi sayılıb və yüksək dəyərləndirilib. Son zamanlar əsərlərin qiymətində artımın baş verməsi isə incəsənətin yalnız əvvəlki mahiyyətdə deyil, mühüm investisiya və gəlir mənbəyi kimi qiymətləndirilməsinə səbəb oldu. Hər halda incəsənət bazarı mərkəzi tənzimlənmədən kənarda qaldığı və əsərlərin real dəyərinin müəyyən edilməsi o qədər asan olmadığı üçün, o, alqı-satqısı daima həyata keçirilmiş digər əmtəələrdən hədsiz dərəcədə fərqlənir.

Bu mühazirədə Suad Qarayeva yeni coğrafi məkanlarda incəsənət bazarının yaradılması mərhələlərindən və bu haqda düşüncələrindən bəhs etmişdir. Mühazirədə qlobal bazara çıxışının problem və üstünlükləri, auksion evlərinin dəyər yaradılması prosesində əsas iştirakçı kimi rolu, müasir incəsənət sahəsində qiymətləndirmə və brendləşmənin strategiyaları nəzərdən keçirilmişdir.

Suad Qarayeva kuratorluq işinə "YARAT!"-ın Venesiya layihəsi ilə başlayıb. 2014-cü ildən "YARAT!" Müasir İncəsənət Mərkəzinin kurator-direktoru təyin olunub. "YARAT!"-ın sərgilər proqramına və daimi kolleksiyasına rəhbərlik edir. Əvvəllər Sothebys hərrac evində Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis vəzifəsində çalışıb. "Yolların kəsişməsində" sərgisi ilk dəfə keçirildikdə, həmin sərginin kuratoru olmuşdur. Qafqaz və Orta Asiya sənətkarlarının müasir incəsənət əsərlərini təqdim edən bu sərgi 2013-cü ildə keçirilmişdi, 2014-cü ildə isə onun davamı olan "Yolların kəsişməsində-2: İncəsənət İstanbuldan Kabilə kimi" sərgisi düzənlənmişdi. Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənət əsərlərinin satış tədbirlərinə, o çümlədən 2013-cü ildə keçirilmiş "Müasir Şərq" və "Fokusu dəyişərək" tədbirlərinə rəhbərlik etmişdi. Suad Qarayeva uzun müddətdir ki, "YARAT!"-la əməkdaşlıq edir, 2012-ci və 2014-cü illərdə 'GRID' Beynəlxalq Fotoqrafiya Biennalesində təşkilatın pavilyonu üzrə kurator olmuşdur. O, həmçinin 53-cü və 54-cü Venesiya Biennaleləri üçün hazırlanmış Azərbaycan Milli Pavilyon sərgiləri kimi bir sıra beynəlxalq layihələr üzərində işləyib. London İqtisadiyyat Məktəbində "Fəlsəfə və ictimai münasibətlər" üzrə magistr dərəcəsini (MSc), Qlazqo Universitetində isə "Müasir və modern incəsənət" üzrə elmlər namizədi dərəcəsini (Mlitt) almışdır.

ZÜMRÜD