PDF Oxu

Sosial

  • 8

Ukraynada keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan gecəsi təşkil olunub

Ukraynada keçirilən beynəlxalq tədbir çərçivəsində Azərbaycan gecəsi təşkil olunub

Ukraynanın Lvov şəhərində gənclərlə iş sahəsində çalışan liderlər üçün beynəlxalq təlim kursu keçirilib.AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Elnur Axundov təmsil edib.GTM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə Azərbaycan ilə yanaşı, Macarıstan, Almaniya, Moldova, Ukrayna, Polşa, Belarus, Gürcüstan və digər ölkələrin gənc liderləri iştirak ediblər. Tədbirdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.Təlim çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında iştirakçılara məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan haqqında videoçarx, mədəni irsimizi əks etdirən slaydlar və milli mətbəximizin nümunələri təqdim edilib.

AZƏRTAC

Digər xəbərlər