Xaçmaz rayonunda son illər meyvə bağlarının ümumi sahəsi xeyli artıb.AZƏRTAC xəbər verir ki, hazırda rayonda mövcud olan meyvə bağlarının ümumi sahəsi artaraq 15 min 632 hektara çatıb. Bağların 4 min hektarında alma, 3 min hektarında fındıq, 1500 hektarında isə şaftalı yetişdirilir. Rayondakı üzümlüklərin sahəsi də artaraq 300 hektara çatdırılıb.Həmçinin cari ildə 4 min 725 hektar sahədə tərəvəz əkilib. Son 6 ayda isə 12 min 240 ton tərəvəz məhsulları istehsal edilib.Prezident İlham Əliyevin imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncama əsasən, 2007-2014-cü illər ərzində rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına 21,7 milyon manat, toxum istehsalçılarına isə 1,5 milyon manat məbləğində yardım verilib.
AZƏRTAC