PDF Oxu

Sosial

  • 13

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi İqtisad Universitetində olub

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi İqtisad Universitetində olub

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi vəzifəsini icra edən Çu Kyunq-Van Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə ADİU-nun beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov bu ali məktəbin beynəlxalq əlaqələrindən söz açıb, həyata keçirilən layihələr barədə məlumat verib.Çu Kyunq-Van KOICA-nın Azərbaycanda gördüyü işlərdən danışıb.Görüşdə ADİU ilə KOICA arasında əməkdaşlığın istiqamətləri haqqında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.Qeyd edək ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən KOICA təhsil, səhiyyə, dövlət idarəetməsi, kənd təsərrüfatı, balıqçılıq, sənaye və energetika sahələri üzrə layihələr həyata keçirir.

AZƏRTAC

Digər xəbərlər