Gəncədəki "ASAN xidmət" mərkəzində çalışan könüllülər Gəncə Dövlət Dram Teatrının səhnəsində görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının "Solğun çiçəklər" tamaşasını göstəriblər."ASAN xidmət" mərkəzinin direktoru Elnur Rzayev AZƏRTAC-a deyib ki, bu, könüllülərin təqdim etdiyi ikinci tamaşadır.Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Faiq Qasımovun rejissorluğu ilə hazırlanan tamaşa maraqla qarşılanıb.
AZƏRTAC