Yeni dərs ili ərəfəsində Ağstafa məktəbliləri dərsliklə, müəllimlər isə tədris vəsaitləri ilə təmin olunurlar.Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək Azərbaycan bölməsi üzrə 42 adda 882 dərslik və 26 adda 1455 tədris vəsaiti, rus bölməsi üzrə isə 41 adda 863 dərslik və 26 adda 98 tədris vəsaiti gətirilərək bölgü əsasında ümumtəhsil məktəblərinə paylanılıb.
AZƏRTAC