PDF Oxu

Sosial

  • 47

Tovuz rayonunun bütün ümumtəhsil məktəblərində Bilik günü qeyd olunub

Tovuz rayonunun bütün ümumtəhsil məktəblərində Bilik günü qeyd olunub

Sentyabrın 15-də Tovuz rayonunun 84 ümumtəhsil məktəbində Bilik günü təntənə ilə qeyd olunub.AZƏRTAC xəbər verir ki, yeni dərs ilinin başlanması münasibətilə Tovuz şəhəri N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseydə keçirilən mərasimdə məktəbin direktoru Valeh Məmmədov, rayon icra hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov çıxış edərək pedaqoji kollektivi və şagirdləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik ediblər.Qeyd olunub ki, ötən dərs ilinin yekunlarına görə məktəb-liseyi bitirən məzunlardan bir nəfəri qızıl medal alıb, 39 nəfər ali məktəblərə,10 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan 6-sı qəbul imtahanlarında 500-dən, 4-ü isə 600-dən çox bal toplayıb. Hazırda məktəb-liseydə 1250 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 152 müəllim məşğul olur. Yeni dərs ilində məktəb-liseyin birinci siniflərində 146 şagird təhsil alacaq.Daha sonra gənc nəslin elmi biliklərə dərindən yiyələnməsi, onların hərtərəfli inkişafı üçün təhsil ocağında yaradılan şəraitdən bəhs olunub. Çıxış edənlər yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar.

AZƏRTAC

Digər xəbərlər