PDF Oxu

Sosial

  • 55

Qaradağ rayonunda "Bilik Günü" coşqusu

Qaradağ rayonunda "Bilik Günü" coşqusu

"Bilik Günü" münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirilib. Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlər və birincilərin sevinci hədsiz idi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbirdə çıxış edən hər kəs ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladılar. Çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıblar. Qeyd olunub ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır. Bildirib ki, ötən tədris ili də Qaradağ rayonu üçün uğurlu olub, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 26 nəfəri 600-dən yuxarı bal toplayıb, 1 məzun isə qızıl medala layiq görülüb.

Sonra ilk zəngin səslənməsi ilə yeni dərs ilinə başlanıb.

R.HÜSEYNOVA

Digər xəbərlər