PDF Oxu

Sosial

  • 28

Hər zamanın əgsərləri

Hər zamanın əgsərləri

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi hərbi xidmətdən ehtiyata buraxılan gəncləri təntənəli şəkildə qarşılaylb

Dünən Masallı rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidmətini başa vuran hərbi vəzifəlilərlə görüş keçirilib. Tədbirdən öncə, iştirakçılar mərkəzdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunu və zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra tədbir gənclərin mükafatlandırılması ilə davam etdirilib. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik Rəsul Quliyev Azərbaycan ordusunda aparılan genişmiqyaslı islahatlardan danışıb. Şöbə rəisi vurğulayıb ki, Azərbaycan ordusunun günü-gündən artan gücü məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsidir: "Bu gün hər bir gəncin Azərbaycan ordusunda xidmət etməsi ilə iftixar hissi duymalıdır. Ölkəmizin müdafiəsi hər birimizin borcudur. Hər zaman əldə silah torpaqlarımızın müdafiəsinə hazır olmalıyıq".

Daha sonra müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan xidmətdə fərqlənən bir qrup hərbi vəzifəlilərin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Rövşən RƏSULOV

Digər xəbərlər