PDF Oxu

Sosial

  • 20

YAP-ın namizədinin parlament seçkilərində qələbəsi mütləqdir

YAP-ın namizədinin parlament seçkilərində qələbəsi mütləqdir

21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Məlahət İbrahimqızının 3-cü mikrorayon ərazisinin seçiciləri ilə görüşü keçirildi

Dünən YAP Nəsimi rayon təşkilatının sədri və Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı 3-cü mikrorayon ərazisində yaşayan seçiciləri ilə görüş keçirdi.

Görüşdə çıxış edən deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərə Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm Cənab İlham Əliyavin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafından söz açdı. O, müstəqillik yolunda inamla addımlayan respublikamızın demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak etdiyini, dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrildiyini diqqətə çatdırdı.

M.İbrahimqızı bu günlərdə hökumətin 9 aylıq hesabatı zamanı Azərbaycan Prezidentinin etdiyi parlaq çıxışına diqqəti yönəldərək, Cənab İlham Əliyev qeyd etdiyi dövlətin gələcək hədəfləri, dövlət siyasətinin əsas prioritetləri, görüləcək işləri bir daha Nəsimi rayon seçicilərinin nəzərinə çatdırdı.

Xalqının etimadını qazanan və seçkilərdə uğurlar qazanan Yeni Azərbaycan Partiyasına ölkə vətəndaşlarının - seçicilərin böyük dəstək olduğunu qeyd edən Məlahət xanım əminliklə YAP-ın namizədlərinin bu seçkilərdə də əzəmətli qələbə qazanacaqlarını bildirdi və seçicilərini partiyanın namizədinə səs verməyə çağırdı. Növbəti dəfə deputat seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğruldacağını vurğuladı.

Görüş çərçivəsində deputatlığa namizədlə seçicilər arasında fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətini yüksək qiymətləndirən və onu hər zaman dəstəklədiklərini bildirən seçicilər mikrorayon ərazisində son günlərdə aparılan tikinti-abadlıq işlərini də alqışladıqlarını söylədilər. Çıxış edən hər bir sakin ölkə rəhbərinin apardığı siyasəti dəstəklədiyini bir daha dilə gətirərək, Onun ətrafında sıx birləşdiklərini və 1 noyabrda keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildirdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər