PDF Oxu

Sosial

  • 75

Azərbaycan Milli Ensiklopediyası ölkəmizin milli sərvətidir

Azərbaycan Milli Ensiklopediyası ölkəmizin milli sərvətidir

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi qeyd olunacaq

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri bir çox sahələrlə yanaşı, elmin tərəqqisi və milli-mənəvi dəyərlərin qorunması sahəsində də sürətli yüksəlişə geniş imkanlar açmışdır. Bu sırada "Azərbaycan Milli Ensiklopediyası"nı da daim diqqət mərkəzində saxlanılır. Çünki Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi vardır.

Qeyd edək ki, "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib. 1988-ci ildən ömrünün axırına qədər, yəni 1990–cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsində çalışmış əməkdar elm xadimi Araz Dadaşzadənin əməyi böyük və danılmazdır.

"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.

Ensiklopediyanın mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin fəal dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən "Azərbaycan Sovet Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. O vaxt böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrilmişdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra universal milli ensiklopediyanın nəşri məsələsi yenidən aktuallaşdı. Azərbaycan Milli Ensiklopediyası xalqımızın tarixi inkişaf mərhələlərini, milli- mənəvi sərvətlərini, habelə dünyanın elm və mədəniyyət nailiyyətlərini özündə əks etdirən elmi nəşr olmalı idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", həmçinin "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında" sərəncamlar imzaladı. Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsip kimi önə çəkildi, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələr müəyyənləşdirildi. Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilmişdir. Dövlətimizin başçısı elmi araşdırmaların səmərəliliyini artırmaq, tədqiqat işlərinin müasir texnologiyalar əsasında aparılmasına, məlumatların daha ətraflı və geniş formatda hazırlanmasına nail olmaq məqsədilə 2012-ci il iyulun 25-də daha bir mühüm sənədi imzalamışdır. Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sərəncamda binanın tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat vəsait ayrılması qərara alınmışdı. Tikintisi yüksək standartlara uyğun aparılan "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binası artıq istifadəyə verilib.

Akademiya şəhərciyinin həyətində ən müasir texnologiyalar əsasında tikinlən yeni mərkəzdə ölkə həyatının bütün sahələrini dəqiq və hərtərəfli əhatə edən elmi məqalələrin hazırlanıb Milli Ensiklopediyada toplanması üçün hər cür şərait yaradılmışdır. Burada Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" haqqında xüsusi cildi nümayiş olunur. Bütövlükdə, Azərbaycan Respublikasına həsr olunmuş cilddə ölkəmizin dünəni və bu günü, qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində qazandığı nailiyyətlər əksini tapmışdır. Bununla da Azərbaycan haqqında indiyə qədər bənzəri olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanmışdır. Kitabxanada 847-ci ildə nəşr olunan dünyanın ilk ensiklopediyasının surəti də nümayiş etdirilir. Mərkəzdə həm redaksiya heyətinin, həm də əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Ötən gün isə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin edəcək. Tədbirlər Azərbaycan Milli Ensiklopediyasının milli sərvət kimi ölkənin ictimai-siyasi, elmi-mədəni həyatının əlamətdar hadisəsi olduğu nəzərə alınaraq təşkil olunacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər