PDF Oxu

Sosial

  • 20

"Unuversitet Təhsilli Qadınlar Cəmiyyətinin" layihəsi uğurla başa çatdırıldı

"Unuversitet Təhsilli Qadınlar Cəmiyyətinin" layihəsi uğurla başa çatdırıldı

"Universitet Təhsilli Qadınlar Cəmiyyəti"nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili məqsədilə bələdiyyələrin nəzdində İctimai Valideyn Şuralarının yaradılması" adlı layihəsi uğurla başa çatdırılıb. QHT-dən qəzetimizə verilən məlumata görə, başa çatdırılan layihə qarşıya qoyulan məqsədə nail olub. Belə ki, layihənin məqsədi valideynlərin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkilinə və yerli əhəmiyyətli sosial məsələlərinin həllinə cəlb edilməsi, o cümlədən, bələdiyyələrin nəzdində İctimai Valideyn Şuralarının yaradılmasından ibarət olub.

Qeyd edək ki, layihəyə Qaradağ rayonu Qızıldaş qəsəbə bələdiyyəsi də yaxından dəstək göstərib. "Universitet Təhsilli Qadınlar Cəmiyyəti"ndən bildirilir ki, İctimai Valideyn Şuraları gündəlik ictimai həyatda meydana çıxan problemlərin, ilk növbədə uşaq, yeniyetmə və gənclərlə bağlı problemlərin həllinə yönəldilmiş birgə fəaliyyətini həyata keçirən vətəndaşların könüllü birliyidir. Bu baxımdan, layihə çərçivəsində fəaliyyət planına uyğun olaraq, Qızıldaş qəsəbə bələdiyyəsi ərazisində İctimai Valideyn Şurası (İVŞ) təşkili edilib, İVŞ və bələdiyyə üzvləri üçün müxtəlif mövzuları əhatə edən silsilə maarifləndirmə təlimləri keçirilmişdir. Burada İctimai İştirakçılıq haqqında Qanun, Bələdiyyələrin hüquq və vəzifələrini əks etdirən müddəalar, əhali ilə yerli özünüidarəetmə orqanları arasındakı əməkdaşlıq vasitələri, dialoqun qurulması, Uşaqlar və Gənclərlə bağlı dövlət siyasəti, ekoloji mədəniyyət, mədəni-kütləvi tədbirlərin təşkili və s. mövzular öz əksini tapıb. Layihə çərçivəsində, həmçinin, uşaqların asudə vaxtlarının təşkili məqsədilə ingilis dili kursları təşkil edilib.

Layihə başa çatdırılsa da, "Universitet Təhsilli Qadınlar Cəmiyyəti" və Qaradağ rayonu Qızıldaş qəsəbə bələdiyyəsi bundan sonra da əməkdaşlığı davam etdirmək, gələcəkdə uşaqların asudə vaxtlarının təşkili, bayramların və mədəni-kütləvi tədbirlərin birlikdə təşkil etmək niyyətində olduqlarını qeyd ediblər.

R.Rəsulov

Digər xəbərlər