PDF Oxu

Sosial

  • 15

Kimsəsiz uşaqların sosial müdafiəsi üçün yeni proqram həyata keçiriləcək

Kimsəsiz uşaqların sosial müdafiəsi üçün yeni proqram həyata keçiriləcək

Yenicə yaradılan "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi, bu sahədə mühüm proqramlar hədəfləyir. Yeni yaradılmış qurumun rəhbəri olan Lamiyə İsazadə bildirib ki, rəhbərlik etdiyi təşkilatın qurulmasında əsas məqsəd, ilk növbədə kimsəsiz və qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdir: "Biz bu istiqamətdə mühüm işlər həyata keçirmək istəyirik. Biz cəmiyyətin diqqətini qayğıya ehtiyacı olan kimsəsiz uşaqların sosial problemlərinin aradan qaldırılmasına və onlara dəstək olmağa yönəldəcəyik. Bundan başqa, onların hərtərəfli qayğı ilə əhatə olunmasına yardım etmək, eyni zamanda onların zəruri ehtiyaclarının ödənilməsi üçün müxtəlif işlərin görülməsi əsas məqsədlərimizdəndir.". L. İsazadə diqqətə çatdırıb ki, bu məqsədlə yeni proqram hazırlanacaq və mərhələli şəkildə həyata keçiriləcək. Qurum Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərəcək.

Digər xəbərlər