PDF Oxu

Sosial

  • 17

Qubanın dağlıq yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur

Qubanın dağlıq yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur

Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrində avtomobil yolları yenidən qurulur.AZƏRTAC xəbər verir ki, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi hazırda davam edir. Yolların inşasına 2015-ci ilin avqust ayından başlanılıb. Yeni salınacaq dörd avtomobil yolunun uzunluğu ümumilikdə 30 kilometr təşkil edir.15 kilometr uzunluğundakı Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun üçdəbir hissəsinə beş santimetr qalınlığında asfalt döşənib. Bununla yanaşı, yolun 6 kilometrində torpaq yatağı bərkidilib, genişləndirmə işləri aparılıb. Bu yoldan 5 kəndin sakinləri istifadə edəcək. Yolun dağlıq və meşəlik ərazilərindən keçməsi yeni turizm marşrutlarının açılmasına da şərait yaradacaq.12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi üçün dövlətimizin başçısının Sərəncamına əsasən ümumilikdə 14 milyon manat vəsait ayrılıb.

AZƏRTAC

Digər xəbərlər