PDF Oxu

Sosial

  • 32

YAP Nəsimi rayon təşkilatında 2015-ci ilin yekunlarına həsr olunmuş toplantı keçirilib

YAP Nəsimi rayon təşkilatında 2015-ci ilin yekunlarına həsr olunmuş toplantı keçirilib

Toplantıda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin doğum gününə həsr edilən videoçarx təqdim edilib

Dünən YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin 2015-ci ilin yekunlarına dair toplantısı keçirilib. Toplantıda cari ildə ölkəmizin bütün sahələrində, xüsusilə təhsil və idman sahəsində əldə olunmuş nailiyyətlərdən ətraflı danışılıb və qarşıda duran vəzifələr müzakirə olunub.

Toplantını giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəmizin inkişafında müstəsna xidmətlərindən söz açaraq, ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən çox mühüm dəyişikliklərin, yüksəlişin həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsi olduğunu bildirib: "Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini daha da sürətləndirib. Ölkə başçısının yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibinə çevrilib".

M.İbrahimqızı dövlət-gənclər siyasətinə nəzər salaraq respublikamızda həyata keçirilən tədbirlərin gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirdiyini, onların ictimai-siyasi fəallığının artmasına kömək etdiyini bildirib: "Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Toplantıda çıxış edən YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Rəhimov qeyd edib ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: "Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir: "Cənab Prezidentin Azərbaycan gənclərinə göstərdiyi müstəsna qayğı və diqqət nəticəsində gənclər təkcə Yeni Azərbaycan Partiyasının sıravi üzvləri deyil, partiyanın rəhbər orqanlarında, partiya qərargahlarında mühüm vəzifələr tutmuş, dövlət və yerli özünüidarəetmədə yüksək fəallıqla təmsil olunmuşdur".

Tədbirin sonunda rayon gəncləri tərəfindən Prezident İlham Əliyevin doğum gününə həsr edilən videoçarx təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər