PDF Oxu

Sosial

  • 18

Şirvanda Gənclik Mərkəzi üçün inşa olunan binanın tikintisi yekunlaşıb

Şirvanda Gənclik Mərkəzi üçün inşa olunan binanın tikintisi yekunlaşıb

Gənclər və İdman Nazirliyinin sifarişi ilə Şirvanda Gənclik Mərkəzi üçün inşa olunan binanın tikintisi başa çatıb.AZƏRTAC xəbər verir ki, şəhərin Naxçıvan küçəsində yerləşən bina ikimərtəbəlidir. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün bütün imkanlar yaradılıb. Mərkəzdə sərgi salonu, kitabxana, kafe-bar, emalatxana, internet, xidmət və məsləhət otaqları var. Həmçinin mədəni kütləvi tədbirlərin keçirilməsi üçün 108 yerlik konfrans, kino və tamaşa, 35-40 yerlik "dəyirmi masa" zalları fəaliyyət göstərəcək.Binada isitmə, soyutma, havalandırma sistemi qurulub, ayrıca su, qaz və elektrik xətləri çəkilib. Gənclik Mərkəzi bütün lazımi avadanlıq və inventarlarla təchiz olunub. Həyətdə abadlıq və yaşıllaşma işləri həyata keçirilib. Bir sözlə, burada hər şey gənclərin zövqünə uyğun tərzdə qurulub.Milli memarlıq ənənələri üslubunda tikilən bina yaxın günlərdə istifadəyə veriləcək.

AZƏRTAC

Digər xəbərlər