PDF Oxu

Sosial

  • 20

İctimai şuraların yaradılması nə vəd edir?

İctimai şuraların yaradılması nə vəd edir?

Bu halda vətəndaşla dövlət strukturları arasında səmərəli, efektiv əlaqələr və münasibətlər yaranacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident hökümətə ictimai nəzarətin vacib olduğunu bildirdi və ictiami şuraların yaradılmasının vacibliyini qeyd etdi. Bu halda sual yaranır: bu nəzarət funksiyasını QHT-lər lazımınca yerinə yetirə bilərlərmi? Bu ictimai şuralarda daha çox hansı QHT-lərin təmsil olunması məqbul sayıla bilər? Söhbət etdiyimiz QHT rəhbərləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışından razı qaldıqlarını və hökümətin fəaliyyətinə ictimai nəzarətin olması ilə bağlı mövqeyini dəstəklədiklərini bildirdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov:

- Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin iclasinda çox önəmli mesajlar səsləndi. Onlardan biri də dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunması idi. Bildiyiniz kimi, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə ölkədə "İctimai nəzarət haqqında" Qanunun layihəsi hazırlandı və Milli Məclis həmin layihəni qəbul elədi. Prezident İlham Əliyev bu qanun layihəsini təsdiq edib. Artıq qanun qüvvəyə minib. Bir sıra dövlət qurumlarında ictimai şuralar yaradılıb. Əlbəttə, bu qanunun geniş tətbiqi üçün mərkəzi icra hakimiyyəti orqanlarında və yerli qurumıarda qanuna müvafiq olaraq ictimai şuraların yaradılması olduqca vacib, əhəmiyyətlidir. Bu da həmin qurumların fəaliyyətinə ictimai nəzarəti-vətəndaş nəzarətini təmin edəcək. Həmin qurumların daha operativ fəaliyyətləri üçün ictimai dəstək təmin olunacaq. Bu gün ölkəmizdə QHT sektoru oturuşmuş bir sektordur. Artıq QHT sektoru dövlətin ən yaxın partyoruna çevrilib. QHT sektorunda çox böyük ciddi layihələrə imza atan mütəxəssislər, ekspertlər var. Hesab edirəm ki, onların potensialından istifadə etməklə ictimai şuraların işini daha fəal, aktiv təşkil etmək olar. QHT-lərmiz ictimai nəzarəti həyata keçirməyə tam şəkildə hazırdır. Ayrı-ayrı dövlət qurumlarının tərkibində də onlara göstərilən ümidləri doğrulda biləcəklər. Qeyd edim ki, bir qədər müddətdir ki, QHT sektorunu bu cür əməkdaşlıq məsələlərinə hazırlayırıq. Bundan sonra da yaradılacaq ictimai şuraların bilik və bacarıqlarının artırılması, onların potensialını daha da gücləndirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyik.

"Müvəkkil Hüquq Mərkəzi"nin sədri, Səməd Vəkilov:

- Hökumətin fəaliyyətinə ictimai nəzarət çox vacib məsələdir. Bu nəzarət funksiyasının yerinə yetirilməsi ilə dövlət qurumlarında şəffaflığın təmin edilməsinə nail olunacaq. Amma QHT-lər nazirliyin əməkdaşları ilə iş birliyinə girib nazirliyin fəaliyyətini tərifləmək funksiyasını yerinə yetirməməlidir. Belə olacağı təqdirdə ictimai nəzarət effektivliyini itirəcək. İctimai nəzarət funksiyasını həyata keçirən qurumlar vətəndaşla dövlət qurumları arasında körpü rolunu oynamalıdır. Yəni vətəndaşın sözünü dövlət orqanlarına çatdırmalıdır. Bir sözlə, QHT-lər ictimai nəzarət qurplarının yaradılmasında fəal rol oynamalıdır. Hesab edirəm ki, bütün nazirliklərdə ictimai əsaslarla işləyən şuralar yaradılmalıdır. Həmin şuranın üzvləri nazirliklərin, dövlər komitələrinin fəaliyyətində yaxından iştirak etmək, istədikləri vaxt hər hansı bir araşdırmanı aparmaq və istədikləri vaxt vəzifəli şəxslə görüşmək imkanları olmalıdır. Belə olarsa vətəndaşla dövlət strukturları arasında səmərəli, effektiv əlaqələr, münasibətlər yaranacaq. Bunun da nəticəsində dövlət qurumları işlək mexanzm əldə etmiş olacaqlar.

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:

- Müstəqil Azərbaycanın tarixində "İctimai nəzarət haqqında" Qanunun qəbul olunması bir tarixdir. Ancaq təəssüflər olsun ki, üstündən uzun müddət keçməsinə baxmayaraq, hələ də bəzi dövlət idarələri, dövlət müəssələri, icra orqanları, xüsusilə nazirliklər və yerli icra hakimiyyətlərı "İctimai nəzarət hqqında" Qanunun tələblərinə əməl etmək istəmirlər və yaxud da əməl etməyi bacarmırlar. Məsələ burasındadır ki, həmin qanuna əsasən vətəndaş cəmiyyəti nümayəndələri nazirliyin bütün fəaliyyətini, xüsusilə korrupsiya faktları və maliyyə işləri ilə bağlı gördüyü işlərə birgə nəzarət olunmasını tələb edir. Bu sahədə çox ciddi dönüş yaradılmalıdır. Prezidentin də dediyi ki, hökümətin fəaliyyətinə vətəndaş cəmiyyəti institutları nəzarət etməlidir. Bunun mövcudluğu cox müsbət nəticələr verə bilər.

GÜLYANƏ

Digər xəbərlər