PDF Oxu

Sosial

  • 23

Milli azadlıq hərəkatımızın zirvəsi

Milli azadlıq hərəkatımızın zirvəsi

Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. Qeyd edib ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsini ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu Öndər 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirib.

Çıxış edənlər 20 Yanvar hadisələrindən söz açıb, bu faciənin xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını söyləyiblər. Vurğulanıb ki, Qanlı Yanvar gecəsində dinc əhalinin sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. 20 Yanvar faciəsi, eyni zamanda həm umumxalq faciəsi, həm də mustəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Professor Sayalı Sadıqova qardaşı - 20 Yanvar şəhidi Yusif Sadıqovun həyat yolundan bəhs edib.

ZÜMRÜD

Digər xəbərlər