PDF Oxu

Sosial

  • 33

YAP Balakən rayon təşkilatının şura iclası keçirilib

YAP Balakən rayon təşkilatının şura iclası keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının geniş şura iclası keçirilib. Tədbirə toplaşanlar ilk öncə 20 Yanvar faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

16 yanvar 2016-cı ildə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında keçirilən müşavirənin yekunları ilə bağlı partiyanın rayon təşkilatının sədri Azad Balayev geniş məruzə ilə çıxış edərək ötən il əldə olunan uğurdan danışaraq 2015-ci ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş nümayəndələrin qələbəsi rayon təşkilatının əhali arasında apardığı səmərəli və istiqamətverici işin nəticəsi kimi qiymətləndirildiyini qeyd edib. Partiyanın boy artımı, rayonda keçirilən ictimai-siyasi tədbirlərdə partiya üzvlərinin fəallığı buna əyani sübutdir.

Tədbirdə rayon təşkilatının şura üzvü, aparat rəhbəri Ömər Osmanov çıxış edərək, 2015-ci ildə ərazi ilk təşkilatlarında görülmüş işlər, 2016-cı ildə qarşıda duran vəzifələr barəsində çıxış edib. Qeyd olunub ki, ilin yekunları hər bir ərazi ilk partiya təşkilatının ümumi toplantısında müzakirə edilməli, qarşıda duran vəzifələr, günün aktual problemləri hər bir partiya üzvü qarşısında istiqamətləndirici meyar olmalıdır. Partiyaya gənclərin qəbulu, onların ideya baxışlarının mükəmməlliyi hər bir ərazi ilk partiya təşkilatının qarşısında duran bir nömrəli vəzifə olmalıdır. Gənclərlə aparılan iş, onların siyasi baxışları və mövqeləri, sosial şəbəkələrdə fikirlərinin aydınlaşdırılması üzvü olduğu ilk təşkilatın və tabeçiliyi olduğu rəhbərlərin diqqət mərkəzində qalmalıdır.

Tədbirdə çıxış edən şura üzvü Şamil Məmmədov əhali arasında partiyanın rolu və onların kənd təsərrüfatına bağlılığı və onların əmək fəaliyyəti üçün müvafiq şəraitin yaradılması məsələlərindən geniş müzakirə açıb. Qeyd olunub ki, rayon kənd təsərrüfatı rayonu olduğu üçün yerlərdə ərazi ilk təşkilatları əhali ilə istiqamətverici iş aparmalıdırlar.

Şura iclasının sonunda müvafiq qərarlar qəbul edilib, yerli orqanlara əhali arasında səmərəli iş aparmaq üçün ərazi ilk təşkilatları ilə birgə səylərini artırmaq tövsiyə edilibdir.

Ü.ƏSGƏROV

Digər xəbərlər