PDF Oxu

Sosial

  • 20

Bakı dərsi

Bakı dərsi

Tanklar lərzə salıb hay qoparanda,

Dəldi divarları mərmi, güllələr.

Qoşun alay-alay ora varanda,

Neçə şəhid verdi həmin gün şəhər.

Bakı qan içində, Bakı kədərli,

Gəmilər dənizdə haray qoparır.

Studiya partlayıb, susur qəhərli,

Çöldə cavanları al qan aparır.

O gecə gəlinlər oğul doğdular,

Arxasız qalmasın vətən torpağı.

Mərd, igid atadan oğul doğular,

Ot kökü üstə bitər, dərk etsin yağı.

Günəş nuruyla açılar çiçək,

O torpaqdan alır qüdrəti gerçək.

Şəfəqsiz günəş də görünər nursuz,

İnsan əməliylə tanınar yalnız.

Tarix yaşayacaq xalqımla qoşa,

Bəşər övladına örnək olacaq.

Tarix qocaldıqca, dolduqca yaşa,

Bakı dərsi adlı bir dərs qalacaq.

Bu dərs tarixlərin daş yaddaşında,

Həkk olub qalacaq dünya durduqca.

Tarix yaşaacaq hər bir daşında,

Azərbaycan, Bakı mövcud olduqca!

Aydın İsmayılov,

Təqaüdçü-mühəndis,

Sumqayıt şəhəri

Digər xəbərlər