PDF Oxu

Sosial

  • 27

Südü necə içmək lazımdır?

Südü necə içmək lazımdır?

Köşə

Sosial şəbəkələrdə ərəbin çalmapapaq "dindar"larından birinin- Şeyx Əbdüllah Əl-Sədin fikri paylaşılıb. Şeyx Əbdüllah dayı deyib ki, bir qadınla kişinin eyni yerdə işləməsi (naməhrəm olduğundan) haramdır. Məhrəm olması üçün gərək 5 dəfə qadının südünü içə və aralarında məhrəmlik ola..! Hə, indi gəldik məsələnin ən qəliz yerinə. İndi südü necə içmək lazımdır? Bir yerdə işləmək üçün kişi necə gedib qadına desin ki, südünü ver içim, sonra birlikdə işləyək. Tutaq ki, qadın razı oldu, o zaman kişi onun südünü necə içəcək? Bundan böyük cahillik yoxdur. Necə deyərlər, dünya dağılana qədər cahilliklə, nadanlıqla mübarizə aparacaq. Az-çox oxuduqlarımdan bilirəm ki, ərəblərdə də kişilərlə qadınlar bir yerdə işləyirlər. Deməli, orada bir-birilərinin südünü içiblər, yoxsa iş baş tutmazdı axı!

Uşaq vaxtı eşitmişdim ki, Əmrah Bakıya gələndə xeyli biabırçılıqlar olubmuş, mahnını oxuyurmuş, hər mahnıdan sonra fasilə vaxtı pərdənin dalında min hoqqadan çıxırmış. Daha sonra Tarkana görə nişan üzüklərini sevdiklərinin başına çırpan qızlarımızı gördük. Bir neçə ilə rüsvayçılıqlar davam elədi. Türk seriallarının millətimizə vurduğu zərbə yüz il sonra da sağalmayacaq. Ərli qadınlar, nişanlı qızlar, qartımış, pörtmüş, dərisi badımcan qabığını xatırladan qadınlarımız da var ki. Türk aktyorlarından ötrü gecə-gündüz özlərini daşa-divarlara sürtürlər. Ayibdır, vallah! Yalan danışmıram. İki gün öncə türk aktyoru Burak Özçivit Bakıya gəlmişdi. Videolarına baxmamış deyilsiniz yəqin. Qızlarımız Burakı görən kimi anqırmağa başladılar, kimisi əlini buduna atıb "Buraaaaak", "Burak, qurban olum əlini ver mənə" qışqırmağa başladılar. And olsun ki, qızlarımız göz yaşları axıdırdılar. Sevdikləri oğlanlar da kinoteatrın həyətinə dayanıb qızları gözləyirdilər. Adama deyərlər ki, Buraka görə özünü yortan, tumanını başına çevirən "qadın"lar səni sevərmi? Sabah səni başqasına satmayacaqmı? Sevdiyin qızı Burakla görüşə apardığına görə sənin də olmayan qeyrətinə bir düşük quzu kəsim. Əxlaqsızlıq başqa cür necə olur? İndiki nişanlar da türk aktyorlarına görə pozulur. Qızlar sevdiyi oğlanlardan Cihan, Burak, Kıvaç kimi olmağı tələb edir, oğlanlar da özlərini doğrultmayanda, üzüklər təpələrinə çırpılır. Baxırsan ki, qızın dədəsi Ağdaşın Zındıq kəndində inək altı təmizləyir, anası da süd sağır. Qızı burda nişanlısından Cihan olmağı tələb edir. Görəsən, bu Cihan köpəkoğlu şirkət rəhbəri və aktyor olmasa idi, onu bu qədər sevərdilərmi? Ağlınıza, qeyrətinizə nə deyirsinizsə, ondan kəsim. Ərinin yanında oturub türk aktyorlarının boy-buxunundan danışan qadınlarımız azdırmı? Bundansa, gedib ərəb şeyxinin təbliğ etdiyi düşük fətvaları yerinə yetirmək daha xeyirli və savabdır.

Samir

Digər xəbərlər