PDF Oxu

Sosial

  • 42

Aktau şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

Aktau şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Novruz milli-mədəni cəmiyyəti" tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.

X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi"ndə təşkil olunmuş tədbirdə, Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, vilayətdə yaşayan digər milli-mədəni cəmiyyətlərin rəhbərləri, universitetin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Tədbirin əvvəlində Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra azərbaycanlıların "Novruz milli-mədəni cəmiyyəti"nin sədri Eldar Əhmədov çıxış edərək, 26 fevral 1992-ci il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı haqqında, ermənilərin xalqımıza qarşı apardığı soyqırımla bağlı iştirkaçılara geniş məlumat verdi.

Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayət rəhbərinin müavini Kadırqaliyev Yerkin Zadiroviç, X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Atabayeva Janat Vaxitovna, Atırau vilayətindəki Çeçen-İnquş Diasporunun sədri Culbalıyev Zelimxan, çıxış edərək, bu faciənin təkcə azərbaycanlıların deyil, həm də digər xalqların da faciəsi olduğunu vurğulamış və bu faciədə Azərbaycan xalqının yanında olduqlarını qeyd etmişlər.

Tədbirdə, həmçinin Atırau vilayətində işgüzar səfərdə olan Azərbaycan Qafqaz Universitetinin prorektoru, professor Natiq Paşa çıxış edərək, ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətdən danışmışdır.

Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilmişdir.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər