Azərbaycan Universiteti
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Anadolu Universiteti, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi və "Səs" Media Qrupu
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş
"Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə"
mövzusunda
III Beynəlxalq Elmi Konfrans keçirir.
Məqalələr üçün tələb olunan şərtlər:
Həcmi: 5-10 səhifə
Məqalə mətninin tərtibi: A4 formatda, Times New Roman, 14 şrift, 1,5 interval, abzas 1,25, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm parametrləri ilə yığılmalıdır. Mətn sətirdən-sətrə keçirilmədən yığılmalıdır.
• I səhifədə sağ küncdən tünd qara şriftlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, təmsil etdiyi müəssisənin adı, elektron ünvanı və
əlaqə telefonu
•Məqalənin adı ortada tünd qara şriftlə böyük hərflərlə
•Məqalənin adının altından 3-5 açar sözlər
• Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15]
və ya[2,17; s. 233-234]
• Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə verilməlidir.
• Azərbaycan və ingilis dillərində xülasə verilməklə yanaşı, hər bir xülasəyə uyğun açar sözlər də verilməlidir.
• Azərbaycan dilində olan məqalələrin xülasəsi rus, rus dilində olan məqalələrin xülasəsi Azərbaycan dilində olmalıdır.
Tezis və məqalələri [email protected], [email protected] ünvanına göndərə bilərsiniz.
Konfransın mövzusuna, formatına və qoyulan digər tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcəkdir. Təşkilat Komitəsi məqalələrin qəbul edilməməsi hüququnu özündə saxlayır.
Konfrans üçün məqalələrin qəbulu 10.04.2016-cı ilə qədər davam edəcəkdir.
Konfrans 16.04.2016-cı ildə Azərbaycan Universitetində keçiriləcəkdir.
Əlaqə: I korpus - Nəsimi r, Tblisi prospekti 72, II korpus - Nəsimi r, Pişəvəri 36, Bakı, AZ 1102, Azərbaycan.Tel.:(+99412) 431-48-96,050-384-28-97