PDF Oxu

Sosial

  • 57

Suraxanılılar Novruz bayramını geniş qeyd edirlər

Suraxanılılar Novruz bayramını geniş qeyd edirlər

İlaxır çərşənbəsi Suraxanı rayon icra hakimiyyətinin və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı münasibəti ilə "Atəşgah Məbədi" Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirildi.

Bayram tədbirində Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdi. "Atəşgah Məbədi"nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi.

Bahar qız, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni, xonça və şərbət təqdim edir, bayram münasibəti ilə təbrik edir, məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş edirdilər.

El ağsaqqalı Dədə Qorqud xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidentini Cənab İlham Əliyevə uğurlar arzuladı.

Suraxanı rayon ağsaqqallar şurasının sədri Arif Babayev "Atəşgah Məbədi"ndən götürdüyü odla bayram tonqalını alovlandıraraq xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini tədbik edərək xüsusi vurğuladı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli-mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Xalqımız bugünkü Novruzu da böyük ruh yüksəkliyi ilə bayram edir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, Müstəqil Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız durmadan inkişaf edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.

Rayon icra hakimiyyətinin başçısı Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə uğurlar arzuladı.

Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərir, digər tərəfdə isə qədim ş№ərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palac, kilim iştirakçıların marağına səbəb olurdu. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd etdirlər. Bayram tədbirləri rayonda davam etməkdədir.

ZÜMRÜD

Digər xəbərlər