PDF Oxu

Sosial

  • 47

Bilik Fondu əlaqələrini genişləndirir

Bilik Fondu əlaqələrini genişləndirir

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində yerli ziyalılar və gənclərlə görüşüblər. Görüşdə Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Dilşad Əhmədli, Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnur Babaşova iştirak ediblər.

Oktay Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verib, "Multikulturalizm ili"ndə fondun qarşısında duran vəzifələrdən, həyata keçiriləcək layihələrdə yerli ziyalıların və gənclərin iştirak imkanlarından danışıb. Auditoriyaya Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü və elmi redaktorluğu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunmuş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı barədə geniş məlumat verilib, yeni nəşr Şamaxı rayonunun Heydər Əliyev Mərkəzinə hədiyyə edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şamaxı Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Sonra Bilik Fondunun rəsmiləri Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, icra başçısının müavinləri Qasım Qasımov və Gülnisə Ələkbərova ilə fondun rayonda həyata keçirdiyi maarifləndirici layihələrdə əməkdaşlıq barədə müzakirələr aparıblar.

Martın 17-də Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Odlar Yurdu Universitetində professor-müəllim, doktorant və tələbə heyəti ilə görüşüb, Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat veriblər.

Tədbirdə icraçı direktor Oktay Səmədov və universitetin rektoru Əhməd Vəliyev Bilik Fondu ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlıq sazişini imzalayıblar.

RƏFİQƏ

Digər xəbərlər