PDF Oxu

Sosial

  • 61

Belarus Parlamentinin xanım deputatları Bakıda səfərdədir

Belarus Parlamentinin xanım deputatları Bakıda səfərdədir

Bu günlərdə "Lider Qadınlar" İctimai Birliyi tərəfindən dəvət olunmuş Belarus Parlamentinin Respublika Şurasının (Yuxarı palata) Elm, Mədəniyyət və Sosial İnkişaf üzrə Daimi Komissiyasının üzvü Tatyana Niçişina və Belarus Parlamentinin Nümayəndələr Palatasının (Aşağı Palata) İqtisadi Siyasət üzrə Daimi Komissiyasının üzvü Lyudmila Kubrakova Azərbaycanda dostluq səfərindədir. İlk dəfə Azərbaycana gələn xanım deputatlar elə Heydər Əliyev adına Hava Limanından Bakıya heyran qaldıqlarını bildiriblər. Ölkəmizdə Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi əzəmətli regional və beynəlxalq layihələrdən məlumatlarının olmasına baxmayaraq, dost ölkə hesab etdikləri Azərbaycanda olmaqdan çox məmnunluqlarını söyləyiblər. Bakıda dostluq səfərində olan xanım siyasətçilərin zəngin proqramları vardır. Onlar ilk oncə Fəxri Xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri, çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmişlər.

Xanım deputatlar Azərbaycan Respublikası Milli Məclisində rəsmi görüşlərə başlamazdan öncə parlamentin binası ilə tanış olmuş və parlamentdə Azərbaycan xalqının böyük oğlu Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş muzeyini ziyarət etmişlər. Daha sonra qonaqlar Milli Məclisin sədr müavini, millət vəkili Valeh Ələsgərov, sədr müavini, millət vəkili Bahar Muradova və Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupu ilə görüş keçiriblər. Görüş zamanı xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, hər iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlər, siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edən əlaqələrdən danışılıb. Sözsüz ki, bu əlaqələrin məntiqi nəticəsi kimi, son illər ölkələrimiz arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənməkdədir. Xüsusilə, vurğulanıb ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycanla böyük sənaye potensialına malik Belarus arasında əlaqələr dinamik şəkildə genişlənməkdədir. Görüş zamanı Azərbaycan - Belarus arasında bu əlaqələrin inkişafında hər iki ölkənin qadınlarının, xüsusilə də, qadın siyasətçilərin rolunun, müasir dünyada beynəlxalq əlaqələrdə siyasətçi qadınların iştirakının əhəmiyyətinin günü-gündən artması da müzakirə edilib.

ZÜMRÜD

Digər xəbərlər