PDF Oxu

Sosial

  • 50

Azərbaycan dünyanın mərkəzinə çevrilib

Azərbaycan dünyanın mərkəzinə çevrilib

Mirkazım Kazımov: "IV Qlobal Bakı Forumunun keçirilməsi növbəti qələbələrimizdən biridir"

"Bu gün Azərbaycanla əməkdaşlıq etmək, ölkəmizlə birgə nəhəng və strateji əhəmiyyətli layihələrdə çalışmaq dünyanın əksər ölkələri üçün arzuolunandır". Bu fikirləri qəzetimizə millət vəkili Mirkazım Kazımov IV Qlobal Bakı Forumunun nəticələrinə münasibətini bildirərkən deyib.

M.Kazımov vurğulayıb ki, təbii ki, bu, ilk növbədə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi siyasətin göstəricisidir. Bu gün bu quruculuq, inkişaf və tərəqqi Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla reallaşdırılmaqdadır.

"Azərbaycan birmənalı tərzdə desək, sülh, stabillik və əməkdaşlıq deməkdir"

Mirkazım Kazımımovun fikrincə, IV Qlobal Bakı Forumunun paytaxtımızda keçirilməsi sübut edir ki, Azərbaycanın dövlət quruculuğunda təcrübəsi nəinki inkişaf edir, hətta inkişaf etmiş ölkələrdə diqqətlə öyrənilir: "Dünyanın tanınmış siyasətçiləri, hazırkı və keçmiş dövlət başçılarının iştirak etdiyi tədbirlər Azərbaycana göstərilən təşəbbüsün, xaricdən göstərilən böyük dəstəyin nümayişidir. Qlobal dünya üçün Azərbaycan birmənalı tərzdə desək, sülh, stabillik və əməkdaşlıq deməkdir. O cümlədən, Azərbaycan paytaxtında baş tutan IV Qlobal Bakı Forumu dünya miqyasında geniş rezonans doğurması da qeyd edilən fikirləri kifayət qədər təsdiq etmiş olur".

"Tədbirdə müzakirə olunan məsələlər həm iqtisadi, həm siyasi, həm mədəni, həm sosial, həm enerji, həm də ekoloji təhlükəsizlik məsələlərini əhatə edən çoxsaylı bloklardan ibarət olub"

"Hazırda Azərbaycan nəinki təkcə Qafqazda, habelə Avropa və dünya miqyasında böyük nüfuza malikdir"-deyən deputat həm də qeyd edib ki, ölkəmiz artıq qlobal miqyasda qəbul edilən bir dövlətə çevrilib: "Ümumiyyətlə, tədbirdə müzakirə olunan məsələlər həm iqtisadi, həm siyasi, həm mədəni, həm sosial, həm enerji, həm də ekoloji təhlükəsizlik məsələlərini əhatə edən çoxsaylı bloklardan ibarət olub. Həmçinin, dinlərarası dialoq mühitinin yaxşılaşdırılması, multikultural dəyərlərin qlobal dəyər kimi əhəmiyyəti də Baki Forumunun əsas mövzularından biri kimi önə çəkilib".

Millət vəkili bununla Azərbaycanın öz mütərəqqi inkişaf modelini növbəti dəfə məhz bu forum vasitəsilə nümayiş etdirmiş olduğunu deyərək, xalqımızın bir nömrəli problemi olan Dağlıq Qarabağ reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün mühüm vasitə kimi də qiymətləndirildiyini, xüsusilə vurğulayıb.

Mirkazım Kazımov gələcəkdə də bu kimi beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi zəruriliyini qeyd edərək, bunun xalqımıza və dövlətimizə yalnız səmərə verəcəyini bildirib: "İnanıram ki, bu kimi beynəlxalq forumların, sammitlərin və s. böyük tədbirlərin Azərbaycanda baş tutması ölkəmizin dünyanın kəsişən nöqtəsi olduğunu sübut edir. Yəni Azərbaycan bir mərkəzə çevrilib və bu mərkəzdə ən qlobal faktorlar önə çəkilir, problemlər həll edilir. Bu, bizim növbəti qələbələrimizdən biridir".

R.KAMALQIZI

Digər xəbərlər