PDF Oxu

Sosial

  • 140

Yevlax Qarabağın qapısıdır

Yevlax Qarabağın qapısıdır

Rayon sakinləri Ali Baş Komandanın əmrinə hazırdır!

Dövlət başçısı, İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Yevlax rayon icra hakimiyyətində ümumrayon toplantısı keçirilib. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbərliyi və fəalları ilə yanaşı, rayonun idarə-müəssisə rəhbərləri, şəhər ağsaqqaları, ehtiyatda olan zabitlər, Böyük Vətən müharibəsi veteranları, şəhər içtimaiyyəti nümayəndələri, fəal gənclər vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdiriblər.

Toplantını şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov açaraq, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verib. Son günlər cəbhədə baş verən hadisələr zamanı Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qoca Səmədov bildirib ki, xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti qələbələrini qazanmaqdadır: "Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan Ordusu düşməni lazımi şəkildə cəzalandırdı və düşmən böyük itkilər verdi. Bu isə, öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi".

Rayonun Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev isə ön cəhbədə baş verən hadisələrlə bağl bildirib ki, bu gün insanlar arasında əhval-ruhiyyə yüksək səviyyədədir: "Azərbaycan xalqı vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirirlər. Yevlaxlıların vətən sevgisi və döyüş qabiliyyəti həmişə vətən qarşısında öz töhfəsini verib".

Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev yevlaxlı gənclər adından çıxış edərək bildirib ki, bir gənc olaraq indi tribunadan danışmaq yox, səngərdə döyüşmək onun üçün daha şərafətli olardı: "Dövlətimiz hələ ki şəfərbərliyə ehtiyac görmür və könüllüləri qəbul etmir. Biz hər an əldə silah Ali Baş Komandanımızın əmrinə hazırıq. Hamıya məlumdur ki, Yevlax Qarabağın qapısıdır. Bu gün biz burada şəhidlərimizi qarşılamaqla təəssüflənməməliyik, çünki onların qanı bahasına qələbə sevincini yaşıyırıq. İnşallah, ən yaxın zamanda Qarabağın qapısı Yevlaxdan Xankəndinə, Şuşaya toy karvanı Azərbaycan bayrağını yola salacağıq".

Çıxış edən Yevlax sakinləri - Etibar Məmmədov, Qarabağ əlili Mənsur Əliyev və digərləri də çıxış edərək, hər an Vətənin azadlığı uğrundan canlarından keçməyə hazır olduqlarını bəyan etdiblər.

Rövşən RƏSULOV

Digər xəbərlər