PDF Oxu

Sosial

  • 99

Xətai rayon İlqar Zülfüqarov küçəsində təmir-tikinti işləri yekunlaşıb

Xətai rayon İlqar Zülfüqarov küçəsində təmir-tikinti işləri yekunlaşıb

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən, ötən il olduğu kimi, 2016-cı ildə də uzun müddətdir ki, təmir olunmayan küçələrin yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə vermək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Xətai rayon İlqar Zülfüqarov küçəsində təmir-tikintiişləri zamanı yeraltı kommunikasiya xətləri, yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səkidaşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Yolun texniki göstəriciləri uzunluğu 1000 metr eni 6-8 metr olmaqla, səki daşları 2600 p.m dəyişdirilmiş, səkilər asfaltlanmış və kanalizasiya lyukları yenilənmişdir. Kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb. Yolun xətlənməsi və piyada keçidləri yaradılmışdır. Xətai rayon İlqar Zülfüqarov küçəsində yaşayan əhali bu işləri, həqiqətən bəyəndiyini və Azəravtoyol ASC-nin rəhbərliyinə öz dərin təşəkkürlərini bildirir. Qeyd edək ki, Tarzən Sadıqcan, Telnov və Məzahir Rüstəmov küçələrində yolların təmir-tikintisinə başlanılıb.

ZAKİR

Digər xəbərlər