PDF Oxu

Sosial

  • 134

Nəsimi rayonunda cari ilin I rübünün yekunları müzakirə olunmuşdur

Nəsimi rayonunda cari ilin I rübünün yekunları müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. İclası giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib. A.Əsgərov bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Nəsimi rayonunda da 2016-cı ilin birinci rübündə bir çox işlər görülüb və çox böyük nailiyyətlər əldə olunub: "Belə ki, hesabat dövründə rayonda 124000 min manatlıq sənaye məhsulu istehsal edilib, sənaye müəssisələrində işləyən işçilərin orta aylıq əmək haqqı isə 727,5 manat təşkil edilibdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,9 faiz çox olubdur. İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 14500 min manatlıq rabitə xidməti göstərilibdir. Eyni zamanda, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 25600 min manatlıq xidmətlər göstərilib".

Rayon rəhbəri onu da vurğulayıb ki, cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 206127,2 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunubdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 59,5 faiz çox olub: "2016-cı ilin I rübündə 990 yeni iş yerləri açılıbdır ki, onlardan hamısı daimi yerlərdir. Həmçinin, ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi rayon icra hakimiyyətində xüsusi qərərgah yaradılıbdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional İdarəetmə və Özünüidarəetmə Orqanları ilə İş şöbəsi tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və hazırda sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir".

A.Əsgərov bildirib ki, hesabat dövrü ərzində rayon gənclərinin həqiqi hərbi xidmətə çağırışı məsələləri rayon icra hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılmışdır: "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi tərəfindən gənclərin ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı işləri həyata keçirilmiş, nəzərdə tutulan plan göstəricilərinə 100% əməl olunmuş, fərarilik, çağırışdan yayınma halları qeydə alınmamışdır". A.Əsgərov, həmçinin rayonda görülən abadlıq-qurucluq işləri və tədbirlər barədə də məlumat verib.

İclasda Nəsimi rayon Məşğulluq Mərkəzinin direktoru Emin Mahmudov, rayonun əhalinin sosial müdafiə mərkəzinin direktoru Gülnarə Salahova, rayonun MKTB-nin rəisi Elman Yəhyayev, 20 saylı poliklinikanın baş həkimi Tamerlan İsmayılov və başqaları çıxış etmişlər.

İclasda, həmçinin əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunubdur.

Hesabat yığıncağında Milli Məclisin üzvləri Məlahət İbrahim qızı və Asim Mollazadə iştirak edib.

Ü.ƏSGƏROV

Digər xəbərlər