PDF Oxu

Sosial

  • 111

Arzu Nağıyev: "Ermənilər məğlubiyyətlərini kiminsə ayağına yazmağa çalışırlar"

Arzu Nağıyev: "Ermənilər məğlubiyyətlərini kiminsə ayağına yazmağa çalışırlar"

Son günlər Ermənistan mediası məğlubiyyətlərinə don geyindirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Verdikləri itkiləri başqlarının ayağına yazmaq üçün erməni mətbuatı şantaj dolu materiallar dərc edirlər. Ermənistanın "Aravot" qəzetində dərc olunmuş "Dağlıq Qarabağda Rusiya təbliğatı" başlıqlı məqalədə deyilir ki, Rusiyanın kütləvi informasiya vasitələri Ermənistanı az qala quberniya sayır, ermənilərin maraqlarını və mənafelərini əsla nəzərə almır.

Erməni mətbuatında bu tip materialların dərc olunmasına münasibət bildirən politoloq Arzu Nağıyev "SƏS" qəzetinə açıqlamasında bildirib ki, bu, ermənilərin son məğlubiyyətdən sonrakı hay-küyündən başqa bir şey deyil: "Qeyd etmək lazımdır ki, bu məğlubiyyəti kiminsə ayağına yazmaq lazımdır. Bu, ən çox öz hakimiyyətini saxlamağa çalışan Sarkisyan və onun komandasına lazımdır. Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin öz çıxışında bildirdi ki, Ermənistan onların KTMT üzvü kimi tərəfdaşıdır. Azərbaycan isə regionda strateji əməkdaşı və silahını alan bir dövlətdir. Kreml erməniləri daim himayə edib və edəcək, bu, aydın məsələdir. Sarkisyan və onun komandası Rusiyanı qane edir və onu dəyişdirmək planı yoxdur. Çünki Ermənistan iqtisadiyyatının yarısından çoxu Rusiya tərəfindən idarə edilir, həm də hərbi bazaları bu ərazidədir. Bundan başqa, Türkiyə - Ermənistan sərhədi, daha doğrusu, NATO-Rusiya sərhədi də Ermənistan ərazisindən keçir. Bununla yanaşı, unutmaq lazım deyil ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və açıq şəkildə çox münasibət bildirməkdən çəkinir. Moskva-Yerevan münasibətlərinin perspektivinə gəldikdə isə, düşünürəm ki, Ermənistan Rusiyanın forpostu kimi qalacaq və bu qaldırılan məsələlər isə siyasi oyunlardan başqa bir şey deyil".

Samir

Digər xəbərlər