Bu mövzuda Şəmkir rayon icra hakimiyyətinin və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib
Dünən Şəmkir rayon icra hakimiyyətinin və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib. YAP Şəmkir rayon təşkilatı qərərgahının akt zalında keçirilən tədbirdə Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər və YAP fəalları iştirak ediblər. Tədbirdən ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs etmiş, Onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının məsləhətçisi İlkin Musayev, Dağ-Cəyir kənd tam orta məktəbinin direktoru və partiya fəalı Famil Həmidov, Dəllər-Cırdaxan kənd tam orta məktəbinin müəllimi, partiya fəalı Elnarə Rəsulova, rayon statistika idarəsinin rəisi Pərvin Gözəlov, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusibov, Şəmkir rayonu "Zəka" Gənclərin İntelektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev, Şəmkir rayonu Düyərli kənd 2 saylı tam orta məktəbinin müəllimi İlhamə İbrahimova, Şəmkir rayonu Aşağı Seyfəli kənd N.Abbasov adına tam orta məktəbinin müəllimi Xəyal Nəsibov və digərləri çıxış edərək ömrünü millətinə və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin bütün işlərində millətinə arxalandığı və Azərbaycan xalqının hər zaman Ona dayaq olduğu, Dahi Öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyi tarixində daimi yer aldığı və silinməz iz buraxdığını qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
Rəfiqə Kamalqızı