PDF Oxu

Sosial

  • 86

Səninləyəm, Azərbaycan əsgəri!

Səninləyəm, Azərbaycan əsgəri!

Ruhumda, qəlbimdə, dilimdə Allah,

Səninləyəm, Azərbaycan əsgəri!

Mən də bir əsgərəm, əlimdə silah,

Səninləyəm, Azərbaycan əsgəri!

Düşmənin üstünə haydı iləri!

Qəzəbin titrətsin qoy göyü-yeri!

Düşməni məhv elə, göstər hünəri!

Səninləyəm, Azərbaycan əsgəri!

Daha bəsdir, bu ayrılıq, bu həsrət,

Qayıtsın torpaqlar, sevinsin millət,

Qaçqınım, köçkünüm çəkməsin zillət,

Səninləyəm, Azərbaycan əsgəri!

"Döyuşə" əmrini versin Komandan,

Atılsın cəbhəyə hər igid cavan,

Yunis də döyuşə hazırdır hər an,

Səninləyəm, Azərbaycan əsgəri!

Sevinər, şad olar müqəddəs Vətən

Müjdə soraqlıdır Şanlı Ordumuz,

Qayıdar yenə də bizə yurdumuz.

Azad eliyərik yağı düşməndən,

Sevinər, şad olar müqəddəs Vətən.

Əzilər ilan tək düşmənin başı,

Qayıdar yurdumun torpağı, daşı,

Axmaz anaların gözündən yaşı,

Sevinər, şad olar müqəddəs Vətən.

Murovum keşikdə məğrur dayanar,

Daşkəsən düşməndən intiqam alar,

Ücrəngli bayrağım zirvəyə qalxar,

Sevinər, şad olar müqəddəs Vətən.

Nə qədər bu xalq var, şəhidlər ölməz,

Yaddaşa həkk olar, heç vaxt silinməz,

Qarabağ qayıdar, torpaq bölünməz,

Sevinər, şad olar müqəddəs Vətən.

Yunis qələmi silaha çevirər,

Dayanar keşikdə müsəlləh əsgər,

Tezliklə ən gözəl müjdəni verər,

Sevinər, şad olar müqəddəs Vətən.

Yunis Qaraxanov

Digər xəbərlər