PDF Oxu

Sosial

  • 92

Azərbaycan qadınının parlaq simvolu

Azərbaycan qadınının parlaq simvolu

YAP Qax rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib

Dünən Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatında qadınlar şurasının görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Sevil Əsgərova "Azərbaycan qadınının parlaq simvolu" mövzusunda məruzə edərək qeyd edib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva şərəfli həyat yolu keçmiş və ölkəmizin tarixində özünəməmxus iz qoymuş elm adamı kimi daim qəlblərdə yaşayacaq: "Zərifə xanımım elmi və yaradıcılıq fəaliyyəti, eləcə də Onun Azərbaycan oftalmologiyası qarşısında əvəzsiz xidmətləri bu gün də öz töhfələrini verməkdə davam edir" .

Rayonun qadınlar şurasının sədri, həmçinin bildirib ki, o, son dərəcə humanist və mərhəmətli insan kimi də qəlblərdə yaşayır. Belə ki, Zərifə xanım bütün qeyd olunanlarla yanaşı, həm də ailə səadətinin qoruyucusu, fədakar ana idi: "O, Ulu Öndər Heydər Əliyev kimi siyasətçinin ömür-gün yoldaşı olmuşdur. Zərifə xanım gecə-gündüz yorulmaq bilmədən Azərbaycanın dövlətçiliyi naminə çalışan bir insana əsl dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdur".

Sonra məruzə ətrafında çıxış edən həkim Mədinə Süleymanova, təhsil işçisi Aybəniz Məhərrəmova akademik, dəyərli ziyalı Zərifə Əliyevanın çox zəngin və mənalı ömür yolu haqqında danışdılar. Vurğulanıb ki, Zərifə xanımın oftalmologiya elminin inkişafındakı misilsiz xidmətləri neçə-neçə insanların gözlərinə şəfa verib: "Zərifə xanım, həmçinin bir ana kimi Azərbaycanımızı bu səviyyəyə çatdıran və bu günümüzü və sabahımızı işıqlı gələcəyə aparan Cənab Prezidentimiz İlham Əliyev kimi övlad yetişdirib. Şərəfli ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır".

Çıxışların ardınca tədbir iştirakçılarına məktəblilərin ifasında Zərifə xanım Əliyevaya həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Tədbirin sonunda Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.

Rövşən RƏSULOV

Digər xəbərlər