PDF Oxu

Sosial

  • 79

YAP Ağcabədi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

YAP Ağcabədi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı silsilə tədbirləri davam etdirməkdədir. Növbəti tədbir rayonun ümumtəhsil məktəblilərinin şagirdləri arasında "Bədii qiraət" müsabiqəsinin keçirilməsi olub.

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Münsiflər heyətinin sədri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov tədbiri açaraq "Bədii qiraət" müsabiqəsinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edildiyini bildirərək, şagirdlərə müsabiqədə uğurlar arzulayıb.

Müsabiqədə Ulu Öndər Heydər Əliyevə, Vətənə, Müstəqilliyimizə, Qəhrəman Ordumuza həsr edilmiş şerlər səsləndirilib.

Gərgin keçən müsabiqədə Ağcabədi şəhər 4 saylı tam orta məktəbin I sinif şagirdi Heydər Məmmədov I yerə, şəhər 8 saylı tam orta məktəbin şagirdləri Günel Abbasova və Aygün Fətullayeva birgə ifa etdikləri şeirə görə II yerə, şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdi Nəzrin Məmmədova və Şərəfxanlı kənd tam orta məktəbin VII sinif şagirdi Səyyad Əliyev III yerə layiq görülüblər.

ZÜMRÜD

Digər xəbərlər