PDF Oxu

Sosial

  • 51

Zərdabda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü qeyd olunub

Zərdabda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü qeyd olunub

Zərdab rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən guşəyə baxış olub. Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Onun zəngin həyat və fəaliyyətinin anlarını özündə əks etdirən videoçarxa baxış keçirilib.

Giriş sözü ilə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, akademik Zərifə xanım Əliyevanın elmi-ictimai fəaliyyəti bu gün də öyrənilir, gənc nəslə çatdırılır: "Zərifliyi, humanistliyi fəaliyyətində birləşdirən Zərifə xanımın keçdiyi ömür yolu, mənalı həyatı, şərəfli həkimlik fəaliyyəti və yazdığı qiymətli əsərlər yüksək insanlıq meyarlarına, müqəddəs həkimlik peşəsinə ibrətamiz bir örnəkdir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva tibb elmində öz dəst-xətti olan yenilikçi bir alim kimi şöhrətlənib. Onun səhiyyə sahəsində qazandığı uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil edir. Göz həkimi kimi Zərifə xanım Əliyeva bütün ömrünü insanlara işıq bağışlamağa həsr edib. İşığını itirmiş gözlərə nur vermək istəyi Zərifə xanımın parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurub. O, ideal həkim, alim və insan kimi xatirələrdə daim yaşayacaq".

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək bildirib ki, Zərifə xanımın şərəfli ömür yolu hər bir Azərbaycan qadınına örnəkdir: "Həkim kimi, ana kimi bənzərsiz olan Zərifə xanım xeyirxah əməlləri ilə də yaddaşlarda iz buraxıb. O, başqalarının dərdini, problemini özününkü hesab edirdi. Çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmırdı. Zərifə xanım akademik, tanınmış oftalmoloq, gözəl pedaqoq, humanist insan, sədaqətli həyat yoldaşı, yaxşı ana idi. Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmağın özü də çox çətin və məsuliyyətli idi. Zərifə xanım bu məsuliyyətin cavabdehliyini ömrünün sonuna qədər ləyaqətlə daşıdı".

Tədbirdə Mərkəzi Rayon Xəstəxanasının göz həkimi Esmira Tağıyeva, Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülsurə Novruzova, Rayon 36 saylı Kitabxana Filialının müdiri Xanım Abışova, Əlvənd kənd tam orta məktəbin direktoru Elvin Xəlilov çıxış edərək akademik Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, tibb elminə verdiyi dəyərli töhfələrdən bəhs ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.

İntizarə Məmmədova

Digər xəbərlər