PDF Oxu

Sosial

  • 46

Suraxanıda tibbi müayinədən keçənlərin sayı 150 mini ötüb

Suraxanıda tibbi müayinədən keçənlərin sayı 150 mini ötüb

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.

Rayon icra hakimiyyətindən bildirilib ki, tibbi müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bütün bunlar möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Qarşıda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir. Suraxanı rayonunun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.

Bu günə qədər rayonda 150098 nəfər vətəndaş və 139 müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. 4731 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 211 nəfər stasionar müalicəyə cəlb edilmiş, 229 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.

Qaraçuxur qəsəbəsində yerləşən tam təsərrüfat hesablı 9 nömrəli Stomatoloji poliklinkanın baş həkimi Sənan Əliyev bildirib ki, poliklinika təsərrüfat hesablı olsa da, kollektiv Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün imkansız vətəndaşlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi iştirakçılarına pulsuz xidmət göstərmək qərarına gəlmişdir. Əhalinin pulsuz tibbi müayinəsi başlayan gündən bu günə qədər poliklinkanın həkimləri tərəfindən 450 nəfərə pulsuz stomatoloji xidmət göstərilib.

Qaraçuxur qəsəbə sakini, birinci qrup Qarabağ müharibəsi əlili İlqar Əbdülrəhmanov, 9 nömrəli Stomatoloji poliklinkanın tibbi heyətindən, burada yaradılan şəraitdən razılıq edib və insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə, imkansız insanlara müayinə olunmaq imkanı yaratdığına görə, dövlət başçısına minnətdarlığını bildirib.

Vətəndaşların qayğısına diqqətlə yanaşdığına görə, dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu xüsusi vurğulayan Hövsan qəsəbə sakini Rövşən Cəfərov bildirib ki, hazırda rentgen müayinəsindən keçərək, dişlərini tam müalicə etdirib.

Qeyd edək ki, rayonda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir.

ZÜMRÜD

Digər xəbərlər