PDF Oxu

Sosial

  • 45

Mirkazm Kazımov: "Prezdent xalqına, xalqı isə Prezidentinə güvənir"

Mirkazm Kazımov: "Prezdent xalqına, xalqı isə Prezidentinə güvənir"

MÜNASİBƏT

"Azərbaycanın şanlı Silahlı Qüvvələri işğalçı Ermənistanın, eləcə də qondarma "DQR"in silahlı birləşmələrinə layiqli cavab verdi və bu faktor düşmənə son zamanlarda vurulmuş ən ağır və ən sarsıdıcı zərbə oldu. Nəticədə, strateji mövqelərimiz möhkəmləndi, ərazilərimizin bir hissəsini nəzarətimiz altına keçirdik. Görünür, bu səbəbdən düşmən daha da azğınlaşaraq mülki əhalimizi davamlı atəşə tutur, onların evlərini, mülklərini dağıdır, bununla bir daha özlərinin hərbi cinayətkar olduqlarını sübuta yetirir".

Bu fikirləri qəzetimizə millət vəkili Mirkazım Kazımov Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər edərək, evləri dağıdılmış əhali və orada hərbi xidmətdə olan əsgər və zabit heyəti ilə görüşünü şərh edərkən deyib. Deputat bildirib ki, Cənab İlham Əliyevin bu addımı xalqımız tərəfindən böyük rəğbət və qürur hissi ilə qarşılanıb: "Təbii ki, azğın düşmənin zərbələrindən daha çox ziyan çəkən Tərtər, Ağdam və Qarabağ bölgəsinin digər sakinləri doğma ata-baba ocaqlarını tərk etmir, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuzun gücünə inanır və işğal altında olan ərazilərimizin yaxın vaxtlarda azad olunacağına böyük ümid bəsləyirlər. Əbəs yerə deyil ki,

Prezident İlham Əliyev Cənabları və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfərə getməsi həm yerli sakinlərdə, həm də hərbçilərdə böyük ruh yüksəkliyi yaratdı. Bu, xalqımızın qələbə və zəfər zəminini daha da artırdı. Diqqət yetirin, ölkə rəhbərizim və Onun xanımı cəbhə xəttinə ən yaxın məsafəyə qədər getdilər. Xalqımız da gördü ki, Azərbaycan Prezidenti bu səfəri ilə isbatladı ki, O, hadisələri ciddi nəzarəti altında saxlayır".

"Dövlət başçımızın sərhədlərimizin keşiyində mərdliklə dayanan hərbçilərimizi, aprel əməliyyatlarında şücaət göstərmiş əsgərlərimizi mükafatlandırması da onların ruh yüksəkliklərini daha da artırdı"-deyə vurğulayan Mirkazım Kazımov bildirib ki, əslində, düşmən dövlət başçımızın bu addımından vahiməyə düşüb və indi çıxış yolları axtarır: "Düşmən də gördü ki, xalqımızın başında müdrik, qətiyyətli, güclü və iradəli Ali Baş Komandan dayanıb və hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əmr gözləyir. Prezident öz xalqına güvəndiyi kimi, xalq da öz Prezidentinə güvənir".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər